2500 ildən artıq tarixə malik Gəncə şəhəri ölkənin ikinci ən böyük şəhəri, Qərbi Azərbaycanın müasir mərkəzi və dahi Nizaminin vətənidir. Gəncədə çoxsaylı meşə massivləri, üzümlüklər, göllər, bulaqlar və dağlar var. Bu ərazi özünün mineral suları və öz xüsusiyyətinə görə yeganə olan müalicəvi-bərpaedici yağı – naftalanı ilə məşhurdur. Gəncədən 48 km məsafədə, Naftalan şəhərində bu yağla müalicə aparılır. Mərkəzin yaxınlığında yerləşən qədim Gəncə şəhəri axrxeoloji qazıntılar məkanıdır – burada qala divarlarının qalıqları var. Üzəri göy piltələrlə örtülmüş İmamzadə kompleksi ecazkar dini tikilidir. Geniş tağa malik Cümə məscidi də turistlərin daim marağına səbəb olur. Yaxınlıqda Göygöl yerləşir – buradakı “Göygöl” Təbiət Qoruğu Azırbaycanın dilbər guşələrindən biridir.
Gəncədə gəzməli yerləri
- Nizami məqbərəsi
- Qədim darvazalar
- Cümə məscidi
- Cavad xanın məqbərəsi
- Butulka ev
- Çökək Hamam
- Şah Abbas karvansarası
- Uğurlu bəy karvansarası
Avtomobillərin icarəsi
«AVIS Renta Car Azerbaijan» fərdi tura getməyinizdən, yaxud qrup şəklində səyahət etməyinizdən asılı olmayaraq, səyahətlərinizdə öz avtomobil tələbatlarınızı ödəməniz üçün geniş çeşidli avtomobillər təklif edir. Səfərinizi planlaşdırın və avtomobili burada bronlaşdırın. Siz bizim Bakıdakı ofisimizə gələ bilərsiniz – burada bizim əməkdaşlarımız, sizin səyahət planlarınızı nəzərə alaraq, avtomobilin icarəsinin ən yaxşı üsulunu tapmaqda sizə kömək edə bilərlər.