AVIS ŞİRKƏTİNİN KEYFİYYƏT SAHƏSİNDƏ SİYASƏTİ
AVIS-in keyfiyyət sahəsində fəaliyyəti:
- Müştərilərin avtomobillərin icarəsi xidmətində ehtiyaclarına cavab verən keyfiyyətli avtomobil və sürücü xidmətləri təqdim edilməsi və onların keyfiyyətli xidmətlər ilə təmin edilməsi;
- Şirkətdə qüvvədə olan Keyfiyyəti idarəetmə sisteminin ISO 9001:2015 «Keyfiyyəti idarəetmə sistemləri. Tələblər» beynəlxalq standartının tələblərinə müvafiq olaraq daim təkmilləşdirilməsi;
- Şirkətin biznes proseslərinin effektivliyinin artırılması və bunların nəticəsi kimi, onların və xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması;
- Keyfiyyət sahəsində siyasətin daimi yararlılığın təhlili;
- Şirkətin fəaliyyətini əks edən maliyyə göstəriciləri sisteminin tətbiq edilməsi;
- Şirkətin bütün işçilərinin bilik səviyyələrinin və peşə ixtisaslarının fasiləsiz artırılması;
- Şirkətin hər bir əməkdaşının öz iş metodunun keyfiyyətinə və təkmilləşdirilməsinə məsuliyyətli yanaşması;
- Keyfiyyət sahəsində siyasətin şirkətin məqsədləri ilə uyğunluğu;
- AVIS şirkətinin keyfiyyət sahəsində siyasətini bütün əməkdaşların nəzərinə çatdırılması;
- Şirkətin fəaliyyətinə şamil olunan qanunvericilik və normativ tələblərinə cavab vermə öhdəliyi.
Keyfiyyət sahəsində avtomobil icarəsi və sürücü xidmətləri üzrə öhdəliklər:
- Xidmətlərin yaxşılaşdırılması, onların keyfiyyətinin artırılması, təkmilləşdirilməsi;
- Xidmətlərinin tətbiq edilməsi və keyfiyyətinə nəzarət üsullarının inkişaf etdirilməsi;
- Qanunvericilikdə baş verən dəyişikliklərlə əlaqədar tələb olunan tədbirləri vaxtında həyata keçirmək və sənədləşdirmədə müvafiq düzəlişlər aparmaq;
- Xidmətlərin hazırlanmasında həm də biznes proseslərinin effektivliyinin və keyfiyyətinin artırılmasına kömək edən texniki yeniliklərdən və aparıcı texnologiyalardan istifadə edilməsi;
- Mövcud və potensial müştərilərin ehtiyaclarının daim öyrənilməsi, ən tələbkar tələblər arzu və təkliflər nəzərə alınmaqla, xidmətlərin istehlak xassələrinin təkmilləşdirilməsi.
Keyfiyyət sahəsində müştərilərimiz və partayorlarımız qarşısında öhdəliklər:
- Müştərilərimizin avtomobil icarəsi və sürücü xidmətləri sahəsində maarifləndirilməsi, ehtiyaclarının ciddi analiz edilməsi və həmin ehtiyaclara görə təklifinin təqdim edilməsi;
- Xidmətlərimizlə əlaqədar müştərilərin suallarına operativ cavab verilməsi, onların xidmətlərimizdan istifadə edə bilmələrinin təşkil edilməsi və yaranan problemlərin vaxtında həll edilməsi;
- Müştərilərimizə təklif etdiyimiz xidmətlərin müəyyənedilmiş tələblərə uyğun olmasının təmin edilməsi.