Məlumatın qorunması sahəsində Avis siyasəti Sizdən adınızı, telefon nömrənizi və e-mail ünvanınızı soruşacağıq. Bu yolla rezervasiya zamanı sizinlə əlaqə saxlayacaq, sizin tələbinizlə hər hansı bir problem olduqda sizinlə əlaqə saxlayacaq və ya sizə rezervasiyanın elektron təsdiq nümunəsini göndərəcəyik. Əgər siz Wizard-ın üzvüsüzsə, sizin ID üzvlüyünüzdən istifadə edərək rezervasiya proseslərinin surətləndirilməsi üçün biz müştərilər haqqında verilənlər bazasına ID haqqında məlumatları daxil edirik.
Avis tərəfindən hansı məlumatlar toplanır?
IP ünvan: veb səhifəyə daxil olan zaman biz sizin IP ünvanınız barədə məlumatları toplayacağıq. Bu yolla ISP (İnternet Xidməti Provayderi) müəyyən ediləcəkdir, bu məlumtda bir fərd kimi sizin haqqınızda heç bir məlumat yoxdur. Bu vasitəsilə biz veb səhifəmizə daxilolmaların haradan olması barədə məlumat əldə edirik.
Avis sizin haqqınızda məlumatları necə qoruyur?
Təhlükəsizlik təminatını tələb edən kredit kartları haqqında məlumata ehtiyac olduqda biz Qorunan Soket Protokolu (SSL) adlı enkripsiya texnologyasından istifadə edirik.
Onlayn təşviqatlar
Siz bizim veb səhifəmizdə hər hansı bir müsabiqədə iştirak etdikdə zərurət olduqda sizinlə əlaqə saxlamaq üçün biz sizdən şəxsi məlumatları soruşa bilərik. Ayrı-ayrı müsabiqələrin və təşviqatların şərtləri müxtəlif olduğundan belə şərt və müddəalar müsabiqə/təşviqat müddətində elan ediləcəkdir. Mükafat üçüncü tərəfcə veriləcək olarsa belə məlumatlar mükafatların bölüşdürülməsi üçün onlara təqdim ediləcəkdir.
Onlayn müşahidələr
Hər hansı bir onlayn müşahidədə iştirak etdikdə sizdən yaşınız və/və ya gəliriniz kimi demoqrafik məlumatların təmin edilməsi xahiş edilə bilər. Siz bu məlumatların hər hansı birini və ya hamısını təqdim edə bilərsiniz. Bu müşahidə nəticələri bizim veb səhifələrin parametrlərini və istifadə asanlığını təkmilləşdirmək üçün istifadə ediləcəkdir.