Şamaxi

Getmək Şamaxi


Şamaxının adı ilk dəfə eramızın I-II əsrlərində yunan-Roma-Misir coğrafiyaşünası Klavdi Ptolemey tərəfindən Kamaçiya kimi çəkilir. Tarixən Şamaxı, digər Şirvan xalçaları kimi, buta naxışları ilə bəzədilən xalçalarla məşhur olub. Şirvan xalçaları dünyanın ən məşhur sərgilərində nümayiş olunur.
Ecazkar təbiət, mülayim atmosfer və təbii mineral bulaqlar bu regiona xüsusi gözəllik verir. Buradakı Babadağ turistlərin ən çox sevdikləri zirvələrdən biridir. İstirahətçilərin sevimli səyahət məkanı olan Pirqulu region mərkəzindən 22 km aralıda, 1400 m yüksəklikdə yerləşir. Burada qışda da, yayda da xizək sürmək üçün imkan var.
Azərbaycanda və bütünlüklə Qafqazda ən böyük astrofizika rəsədxanası Pirquluda yerləşir. Məşhur Azərbaycan memarı, münəccimi, riyaziyyatçısı və mütəfəkkiri Nəsrəddin Tusinin adını daşıyan bu rəsədxana müasir otaqlarla və 2 metrlik ölçü güzgüsünə malik, MDB-də ən böyük teleskoplardan biri ilə təchiz olunub.

Şamaxıda gəzməli yerləri
- «Yeddi gümbəz» məqbərəsi
- Mirzə Ələkbər Sabirin ev muzeyi
- «Gülüstan» sarayı
- Şamaxı Cümə məscidi
- Şahxəndan və Diribaba məqbərələri
- Çirvan xanlarının məzarlığı
- Qaleyi-Buqurt qalası.
- "Qırx Bulaq"

Avtomobillərin icarəsi
«AVIS Renta Car Azerbaijan» fərdi tura getməyinizdən, yaxud qrup şəklində səyahət etməyinizdən asılı olmayaraq, səyahətlərinizdə öz avtomobil tələbatlarınızı ödəməniz üçün geniş çeşidli avtomobillər təklif edir. Səfərinizi planlaşdırın və avtomobili burada bronlaşdırın. Siz bizim Bakıdakı ofisimizə gələ bilərsiniz – burada bizim əməkdaşlarımız, sizin səyahət planlarınızı nəzərə alaraq, avtomobilin icarəsinin ən yaxşı üsulunu tapmaqda sizə kömək edə bilərlər.